Bu kəndlərə günlərdir canavarlar hücum edir - Sakinlər təhlükədə

bu-kendlere-gunlerdir-canavarlar-hucum-edir
Oxunma sayı: 1618

Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib.

“Qafqazinfo”nun məlumatına görə, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir.

Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükəni daha da artırır.

Canavar hücumları nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb, onlardan bir neçəsi sonradan tələf olub. Kənd sakinləri xüsusilə, uşaqların təhlükəsizliyindən narahat olduqlarını bildirir və heyvanların qorunması üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Astanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, hadisə barədə rayon icra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Yaxın günlərdə müvafiq tədbirlərin görülməsi planlaşdırılır.

Surxay Şahbazov