“Cənubi Koreyada görüşəcəyik”

cenubi-koreyada-goruseceyik
Oxunma sayı: 1369

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə görüşə ümid etdiyini bildirib.

“Qafqazinfo” “C-Span” portalına istinadən xəbər verir ki, Tramp bu haqda Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı danışıb.

“Mən onunla bir neçə həftədən sonra, Cənubi Koreyada görüşəcəyəm”, - Tramp bildirib.

Qeyd edək ki,  ABŞ prezidenti oktyabrın 1-də 4 həftə sonra Si Cinpinlə görüşəcəyini açıqlamışdı.