Ceyhun Bayramov İsraildəki səfirliyimizin açılışına getdi - Fotolar

ceyhun-bayramov-israildeki-sefirliyimizin-acilisina-getdi
Oxunma sayı: 2711

Martın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

***

İsrailin Azərbaycandakı səfiri Cord Cik öz tviter hesabında Ceyhun Bayramovun səfərindən fotolar paylaşaraq qeyd edib: “İsrailə xoş gəlmisiniz! Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov indicə İsrailə endi. Tarixi günlərdir!”