Ceyhun Bayramov Kiyevdə - Fotolar - Yenilənib

ceyhun-bayramov-kiyevde
Oxunma sayı: 2349

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in “X” hesabında paylaşılıb.

Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb.

***

Rəsmi qarşılanma mərasimindən sonra nazirlər Ukraynada istehsal edilən dronların sərgisinə baxış keçirib. 

***

Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında görüş keçirilib.