Ceyhun Səfər efirə qayıdır

ceyhun-sefer-efire-qayidir
Oxunma sayı: 5178

ATV-nin keçmiş xəbər aparıcısı Ceyhun Səfər efirə qayıdır.

“Qafqazinfo” xəbər verir ki, o, yeni mövsümdə “Space” TV-də aparıcılıq edəcək. Onun yer aldığı anons artıq televiziyanın efirində yayımlanır. 

Bundan başqa, ATV-nin keçmiş aparıcısı Aysel Nazimqızı da sözügedən telekanalda çalışacaq. O, tamaşaçıların görüşünə “Aysellə ləziz macəra” verilişi ilə gələcək.

Həmçinin “İş media”nın rəhbəri Fərid Rəsul müəllifi olduğu layihələrini “Space”ə transfer edib.

İTV-nin “Sabahın xeyir, Azərbaycan” proqramından tanınan aparıcı Nübar Əbil də öz iş yerindən ayrılıb və bu telekanalda çalışacaq.

Daha əvvəl isə sonuncu dəfə ATV ekranlarında görünən İlkin Həsəni, həmçinin aktyorlar Nicat Rəhimov və İlkin Misgərlinin də sözügedən telekanalda tamaşaçıları salamlayacağı bildirilmişdi.