Çılpaq parti keçirilən klub müvəqqəti bağlandı

cilpaq-parti-kecirilen-klub-muveqqeti-baglandi
Oxunma sayı: 5160

Ötən ilin 20-21 dekabr tarixlərində Rusiyanın televiziya aparıcısı Anastasiya İvleevanın təşkilatçılığı ilə çılpaq partinin keçirildiyi “Mutabor” klubu bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Moskvanın Lefortovo Rayon Məhkəməsinin qərarına əsasən, klub 90 gün fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, sözügedən partidə yarıçılpaq geyim tərzi gecənin qonaqları üçün öncədən planlaşdırılıb. Tanınmışlar arasında Filip Kirkorov, Dima Bilan, Nikolay Vasiliyev, Kseniya Sobçak və başqaları olub.