Çində 2 keçmiş müdafiə naziri ilə bağlı şərti edam cəzası

cinde-2-kecmis-mudafie-naziri-ile-bagli-serti-edam-cezasi
Oxunma sayı: 847

Çinin iki keçmiş müdafiə naziri - Vey Fenhe və Li Şanfu icrası 2 il ertələnməklə edam cəzasına məhkum ediliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Sinxua” agentliyi məhkəmə qərarlarına istinadən məlumat yayıb.

Məhkəmə qərarına əsasən, Vey Fenhe rüşvət almaqda, Li Şanfu isə rüşvət almaqda və rüşvət verməkdə təqsirli bilinib.

Hər iki keçmiş nazir ömürlük olaraq siyasi hüquqlardan məhrum edilib, həmçinin onların əmlaklarının müsadirə edilməsi haqqında qərar qəbul olunub. 

Mövcud qanunvericiliyə əsasən, iki ildən sonra edam cəzası avtomatik olaraq vaxtından əvvəl azad edilmə və ya cəzanın yüngülləşdirilməsi imkanı olmadan ömürlük həbs cəzası ilə əvəz ediləcək.