Çində 473 nəfər koronavirusa yoluxub

cinde-473-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 1140

Çində koronavirusa yoluxan insanların sayı 473 nəfərə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.

Virusun 25 əyalət və şəhərdə aşkarlandığı məlumdur.

Qeyd edək ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər. Yeni sətəlcəm növünün laboratoriya testlərindən sonra qrip, quş qripi, ağır respirator sindromlar və Yaxın Şərq respiroator sindromu (MERS) mümkün patogenlər siyahısından çıxarılıb.