Cinpinlə Modi Rusiyaya gedir

cinpinle-modi-rusiyaya-gedir
Oxunma sayı: 1635

Çin Sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi Rusiyaya səfər edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hər iki ölkənin Xarici İşlər nazirlikləri yayıb.

Si Cinpinlə Narendra Modi oktyabrın 22-dən 24-nə qədər Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcəklər.

Qeyd edək ki, bu il BRICS-ə Rusiya sədrlik edir. Oktyabr sammitində 24 dövlət başçısı, eləcə də BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB və Avrasiya İqtisadi Birliyinin Baş katibləri iştirak edəcək.