Cokoviçin raketkası 107 min dollara satıldı

cokovicin-raketkasi-107-min-dollara-satildi
Oxunma sayı: 1208

Dünya reytinqinin bir nömrə tennisçisi Novak Cokoviçin “Roland Qarros”da istifadə etdiyi raketka hərracda satışa çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, serbiyalı tennisçiyə məxsus raketka 107 482 dollara satılıb.

Raketka 2016-cı ildə keçirilən turnirdə istifadə olunub.

Qeyd edək ki, həmin il Novak Cokoviç karyerasında ilk dəfə “Rolan Qarros”da çempionluq qazanmışdı.