“Çox bəyənilən həyat yoldaşına sahib olmaq məni sevindirir”

cox-beyenilen-heyat-yoldasina-sahib-olmaq-meni-sevindirir
Oxunma sayı: 3783

Tez-tez həyat yoldaşı Kıvanç Tatlıtuğu qısqanması ilə gündəmə gələn məşhur stilist Başak Dizer aktyor haqqında danışıb.

“Qafqazinfo” xəbər verir ki, Dizer “Marie Claire” jurnalına müsahibəsində əri ilə qürur duyduğunu bildirib: “Onunla inanılmaz dərəcədə qürur duyuram və bunu hər zaman deyirəm. Çox bəyənilən həyat yoldaşına sahib olmaq məni daha da fərəhləndirir”.

Xatırladaq ki, daha əvvəl Kıvanç Tatlıtuğ “L'Officiel” jurnalına açıqlamasında Başak Dizerə olan sevgisindən danışmışdı: “Mən Başakı hər gün fərqli şəkildə sevməyi öyrəndim. Çünki çox sevmək kifayət deyildi. Bir insanı sevmək onun xoşbəxtliyi üçün səy göstərdiyi zaman başlayır. Gözlərindəki xoşbəxtliyi hiss edəndə özümü tox hiss edirəm. Etdiyi işlərə, onun seçimlərinə dəstək olmaq hər şeydən önəmlidir. Yoxsa hamı evlənir. Evlənirsən...Əsas odur ki, davamını gətirə biləsən”.

Aktyorun bu sözləri qısa müddətdə sosial şəbəkədə gündəm olmuşdu. Sosial şəbəkə istifadəçiləri “İnsan həm bu qədər yaraşıqlı, həm istedadlı, həm romantik və eyni zamanda həm də necə yaxşı həyat yoldaşı ola bilir, inanılmazdır” və “Başak qədər şanslı olmadıq” kimi şərhlər yazırdılar.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 7 il əvvəl Fransanın paytaxtı Parisdə cəmi 40 nəfərin qatıldığı mərasimlə nikah masasına əyləşiblər. Ötən il aprelin 15-də isə onların Kurt Efe adlı oğulları dünyaya gəlib.