“Qafqazinfo”ya açıqlamasında Orduxanlı bildirib ki, Cümşüd Nuriyevin fikri heç bir halda əsas ola bilməz və bu adam bütün günü hakmiyyətə məddahlıqla məşğuldur: “Hansı kanalı açırsan, bu adam hakimiyyəti tərifləyir. Bu adama heç hakmiyyət nümayədələri əhəmiyyət vermir. Belə adamın kimin haqqında nə deməsinin heç mənası da yoxdur. Əgər Nuriyev müxalifətçilik üçün darıxırsa, gedib, radikal müxalifətə qoşulub radikallıq etsin. Kim onun qarşısını alır? İctimai Palataya qoşulsun, müxalifətçilik etsin, görək, müxalifətçilik necə olur? Əgər Cümşüd Nuriyev hesab edir ki, parlamentdə təmsil olunan müxalifət partiyaları digər partiyalar kimi söyüşlə, təhqirlə, qarayaxmalarla, milli dövlətçiliyə xəyanət etməklə, İsa Qəmbər kimi erməni partiyası ilə saziş imzalamaqla, Əli Kərimli kimi öz liderinə xəyanət etməklə fəaliyyət göstərməlidir, burda o, yanılır. Biz bu cür müxalifət ola bilmərik. Deyirlər Poleniçko da rəhmətə gedib. Yəqin onun rəhmət getməsi də Nuriyevə təsir edib”.
Son xəbərlər
Son Xəbərlər