Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

daha-2-ermeni-herbcinin-meyitinin-qaliqlari-tehvil-verildi
Oxunma sayı: 1325

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Füzulidə aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 618-ə çatıb.