Daha bir hərbçimiz vəfat etdi

daha-bir-herbcimiz-vefat-etdi
Oxunma sayı: 6393

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq noyabrın 17-də vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib.