Daha bir nəfər dəm qazından öldü

daha-bir-nefer-dem-qazindan-oldu
Oxunma sayı: 2166

Qubada kişi dəm qazından boğulub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Füzuli küçəsində yerləşən həyət evində qeydə alınıb.

Zöhrab Ramazanov sanitar qovşaqda olan zaman qızdırıcı avadanlıqdan sızan dəm qazının qurbanı olub.

Faktla bağlı araşdırma aparılır.