Daha bir qadının meyiti evində tapıldı

daha-bir-qadinin-meyiti-evinde-tapildi
Oxunma sayı: 2277

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Sidorova Anna Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, ötən gün Gəncədə də mənzildən 1931-ci il təvəllüdlü Süleymanova Yaqut Məmməd qızının meyiti aşkarlanmışdı.