Daha bir yerüstü stansiya tikiləcək

daha-bir-yerustu-stansiya-tikilecek
Oxunma sayı: 3371

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yerüstü stansiya metronun Yaşıl xəttinə aid olacaq: “Stansiya xüsusi qrafiklə işləyəcək və şərti olaraq “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”, - B.Məmmədov əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Bakmil” və “Xocəsən” yerüstü stansiyaları inşa olunmuşdu.

Gülnar Əliyeva