Daha iki taekvondoçumuz dünya çempionatında medalsız qaldı

daha-iki-taekvondocumuz-dunya-cempionatinda-medalsiz-qaldi
Oxunma sayı: 762

Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 finalda Omonjon Otajonova uduzub.

Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova 1/16 finalda Ruka Okamotoya (Yaponiya) məğlub olub.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.