Dairəvi yolda ağır qəza - Video

dairevi-yolda-agir-qeza
Oxunma sayı: 2463

Bu gün Yasamal rayonu Bakı Kənar Dairəvi yolda ağır qəza baş verib.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza səbəbindən “Biləcəri” dairəsi istiqamətində sıxlıq yaranıb.

Hazırda nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Baş vermiş hadisəni əks etdirən görüntüləri təqdim edirik: