Danilyuk istefasından sonra prezidentlə münasibətlərindən danışdı

danilyuk-istefasindan-sonra-prezidentle-munasibetlerinden-danisdi
Oxunma sayı: 1084

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Aleksandr Danilyuk istefasının səbəbini açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə isitnadən xəbər verir ki, Danilyuk şəxsi təşəbbüsü ilə vəzifəsindən getdiyini bildirib: 

“SNBO katibliyi postundan getmək – mənim təşəbbüsüm idi. Bu, hazırda formalaşdırılan siyasətə əsaslanan düşünülmüş addım idi. Mənə bəzi personajların məşğul olduğu gizli oyunlar maraqlı deyil. Mən prezidentə vəziyyəti düzəltmək üçün bir neçə variant təklif etdim, ancaq biz vahid mövqeyə gələ bilmədik. Hərçənd bizim münasibətlərimiz konstruktiv olaraq qalır. Ona kömək edəcəyimi, məsləhətləşəcəyimi istisna etmirəm. Mən prezidenti lap əvvəldən dəstəkləmişəm. Ona uğurlar arzulayıram”. 

Danilyuk hazırda ona biznes fəaliyyəti ilə bağlı digər ölkələrdən təkliflər gəldiyini, bununla belə vətənində qalıb işləyəcəyini deyib. 

Qeyd edək ki, prezident Vladimir Zelenski Nyu-Yorkdan qayıtdıqdan sonra Aleksandr Danliyukun istefa ərizəsini imzalayıb.