Danimarka vətəndaşlarını Livanı tərk etməyə çağırdı

danimarka-vetendaslarini-livani-terk-etmeye-cagirdi
Oxunma sayı: 1269

Danimarka vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Danimarka Xarici İşlər Nazirliyinin Vətəndaş Xidməti bölməsinin rəhbəri Steen Hommel “X” hesabında paylaşıb.

Danimarkanın XİN rəsmisi Livandakı vəziyyətin qeyri-müəyyən olduğunu əsas gətirərək vətəndaşlarını ölkəni tərk etməyə çağırıb:

“Livana səyahət etməyinizi tövsiyə etmirik və imkanınız varsa, ölkəni tərk etməyinizi istəyirik”.