“Dəfələrlə mənə xəyanət edib...” - İlhamə

defelerle-mene-xeyanet-edib-
Oxunma sayı: 25166

Bir neçə gün öncə nişanını qaytaran “Azad Azərbaycan” telekanalının aparıcısı İlhamə Bədəlovanın ayrıldığı sevgilisi ilə yenidən barışması xəbəri yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, İ.Bədəlova isə xəbəri lent.az-a təkzib edib.

O bildirib ki, barışıq barədə söhbət gedə bilməz: “Nişanımı qaytarmışamsa, səbəbi var. Ayrılığımın əsl səbəbi onun dəfələrlə xəyanət etməsi olub. İl yarım nişanlı olduq. Nişanlı qaldığımız dövrdə mənə xəyanət etdi, bağışladım. Amma sonuncu xəyanətini keçə bilməzdim. Hətta toy gününü müəyyən edib, restoran danışmışdıq. Toyum üçün restorana verdiyim beh də batdı. Yenidən bir araya gəlməyimiz isə mümkünsüzdür. Mən uşaq deyiləm, 36 yaşım var. Nə etdiyimi çox yaxşı bilirəm. Mən də istəyərdim ki, gözəl ailəm olsun. Amma alınmadı, qismət. Barəmdə də kim harda nə yazırsa, məni maraqlandırmır”.

Qeyd edək ki, İ.Bədəlova bir müddət öncə sosial şəbəkədə yazaraq bildirmişdi ki, sevgilisindən ayrılıb:

“Şəxsi həyatımla bağlı heç vaxt gündəmə gəlməmişəm. Bu gün buna ehtiyac duydum. İstəməzdim ki, belə bir xəbəri sizinlə paylaşım. Amma yazılan suallara cavab verməməklə, susmaqla hörmətsizlik etmiş oluram. Muradla aramızda olan nişan pozuldu, xasiyyətimiz uyğun gəlmədi, yollarımız ayrıldı”.