Dəm qazından ölən ana və övladlarının - Fotosu

dem-qazindan-olen-ana-ve-ovladlarinin
Oxunma sayı: 5338

Xəbər verdiyimiz kimi, dünən Masallı rayonu Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində ana və iki azyaşlı övladı dəm qazından vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, dünyasını dəyişən ana və övladlarının fotosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, hadisə yerində ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılır.