“Dəniz Mall”da yanğın siqnalı həyəcan yaratdı - Video

deniz-mallda-yangin-siqnali-heyecan-yaratdi
Oxunma sayı: 6134

“Dəniz Mall”da yanğın siqnalının işə düşməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Daha sonra müştərilərin ticarət mərkəzindən təxliyə olunduğu iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “Dəniz Mall” açıqlama yayıb.

Bildirilir ki, bir neçə dəqiqə öncə texniki xəta nəticəsində yanğın siqnalı işə düşüb:

“Lakin yanğın və buna bənzər hər hansı hadisə qeydə alınmayıb”.