“Qafqazinfo” xəbər verir ki, Konqresdən verilən məlumata görə, müraciətdə 26 iyul 2014-cü ildə keşmiş azərbaycanlı deputat, Poltava vilayətinin Keremnçuk şəhərinin meri, iş adamı Oleq Babayevin qətlə yetirilməsindən və bunun artıq Ukraynada son üç ayda ikinci tanınmış azərbaycanlıya qarşı sui – qəsd olmasından ciddi narahatrlıq ifadə olunur.
Müraciətdə bu il mayın 14-də BUAK sədri, Ukrayna Millətlər Assambleyasının azərbaycanlı prezidenti, iş adamı Rövşən Tağıyevə də eyni sui – qəsdin törədilməsi, təsadüf nəticəsində sağ qalması xatırladılaraq bildirilir ki, bu arda – arda hadisələr bəzi qüvvələt tərəfindən son vaxtlar ölkədə tanınmış, fəal azərbaycanlılara qarşı təqiblərin sayının artdığını göstərir: “Oleq Babayevin öldürülməsi ilk hal deyil. Nəzərə alsaq ki cəmi iki aydan bir az çox əvvəl Rövşən Tağıyevə də silahlı basqın olub, bu o deməkdir ki, biz azərbaycanlılar növbəti belə bir sui qəsdin növbəti azərbaycanlıya qarşı törədilməyəcəyinə əmin deyilik. Ukrayna dövlətinin inkişafında daim fəal olan biz azərbaycanlılar bu məsələnin ciddi nəzarətə götürülməsini və baş verən cinayət hadisələrinin tezliklə araşdırılıb, cinayətkarların cəzalarına çatmasını istəyirik”.
Son xəbərlər
Son Xəbərlər