Diasporumuz Ukraynadakı “Azərbaycan evi”ni bərpa etdi - Video

diasporumuz-ukraynadaki-azerbaycan-evini-berpa-etdi
Oxunma sayı: 1821

Müharibə səbəbindən bir müddətdir Ukraynanın paytaxtı Kiyevdə onlayn formada çalışan “Azərbaycan evi” fəaliyyətini bərpa edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radası və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) ayrı-ayrılıqda keçirilən İdarə Heyətlərinin iclasında qərar verilib.

Qeyd olunub ki, “Azərbaycan evi”nin bütün borcları daxil olmaqla ofisin saxlanma və icarə xərcləri UABD tərəfindən ödəniləcək.

Həmçinin bir neçə gün əvvəl binanın qarşısından endirilən Azərbaycan və Ukrayna bayraqları UABD-nin İdarə Heyəti və vilayətlərdən gələn təşkilat rəhbərlərinin iştirakı ilə əvvəlki yerinə qaytarılıb.