DİN Bakıda quldurluq edən qadınların görüntüsünü yaydı - Video

din-bakida-quldurluq-eden-qadinlarin-goruntusunu-yaydi
Oxunma sayı: 4507

Bakıda quldurluq edən 4 nəfər tutulub.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 20-si Sabunçu RPİ 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Babayev, E.Əliyeva və J.Mahmudova saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti quldurluqda şübhəli bilinən şəxslərin görüntüsünü yayıb.