DİN kibertalamalarla bağlı müraciət yaydı - Video

din-kibertalamalarla-bagli-muraciet-yaydi
Oxunma sayı: 1936

Daxili İşlər Nazirliyi son vaxtlar artan kibertalama faktları ilə əlaqədar əhaliyə müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, nazirliyin hazırladığı maarifləndirici videoda insanların şəxsi kart məlumatlarını tanımadıqları şəxslərə verməsinin təhlükəli olduğu vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkə və media resurslarında internet üzərindən çoxsaylı dələduzluq və oğurluq əməlləri ilə bağlı şikayətlər yayılır.