Dinc aksiya keçirən azərbaycanlılara hücum edən erməniyə hökm oxunub

dinc-aksiya-keciren-azerbaycanlilara-hucum-eden-ermeniye-hokm-oxunub
Oxunma sayı: 1584

Kaliforniya məhkəməsi 2020-ci ilin iyulunda Azərbaycanın Los-Ancelosdakı Baş konsulluğu qarşısında dinc aksiya keçirən azərbaycanlılara hücum edən Hovannes Sukiasyana hökm oxuyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə öz tviter hesabında açıqlayıb. 

Məlumata görə, Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, o, hücuma məruz qalan şəxsin bütün xərclərini ödəməli olacaq.