Dörd gün sonra Səbuhinin bacısının toyu olacaqmış...

dord-gun-sonra-sebuhinin-bacisinin-toyu-olacaqmis
Oxunma sayı: 3431

Xəbər verdiyimiz kimi, ötən gün “Report” İnformasiya Agentliyinin əməkdaşı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu dəm qazından vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, 2020-ci ilin aprelində hərbi xidmətdən qayıdan Səbuhinin atası 3 ay sonra gözünün qarşısında dünyasını dəyişib.

Səbuhi Məmmədov atasının vəfatından 40 gün keçməmiş Vətən müharibəsinə yollanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsindən zəng gələndə Salyana atasının ölüm kağızını almağa gedirmiş. Yoldan kağızı almamış geri qayıdıb ki, birdən gecikər...

44 günlük Vətən müharibəsi vaxtı Xocavənddə xidmət göstərib. Müharibədən sağ-salamat qayıdan Səbuhinin iyunun 4-də bacısının toyu olacaqmış.

Kirayədə qalan Səbuhi ev sahibinə dəm qazından şikayət edirmiş. O isə hər dəfə bir bəhanə ilə vaxtı uzadırmış. Təəssüf ki, elə həmin evdə dəm qazından vəfat etdi.

Həmçinin oxuyun: В Баку между школьниками произошла поножовщина