Dördmərtəbəli mebel salonunda yanğın oldu

dordmertebeli-mebel-salonunda-yangin-oldu
Oxunma sayı: 1359

Nərimanov rayonunda yanğın hadisəsi olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1880 m² (hər mərtəbəsi 470 m²) olan dördmərtəbəli mebel salonunun 3-cü mərtəbəsində 50 m² sahədə yığılan yumşaq mebel dəsti yanıb.

Salon yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.