Dövlət Xidməti 17 000 işçini əmək müqaviləsi ilə təmin edib

dovlet-xidmeti-17-000-iscini-emek-muqavilesi-ile-temin-edib
Oxunma sayı: 642

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ümumilkdə, cari ilin 8 ayı ərzində Xidmət tərəfindən 4295 sahibkarlıq subyektində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib, 2248 vətəndaşın müraciətinə baxılıb və müvafiq tədbirlər görülüb. Bu müddətdə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmadığı 11671 hal aşkar edilib, onlardan bir hissəsi dövlət nəzarətinin həyata keçirildiyi zaman aradan qaldırılıb, icrası müddət tələb edən pozuntuların aradan qaldırılması üçün işəgötürənlərə müvafiq göstərişlər verilərək yerinə yetirilməsi nəzarətə götürülüb.
Bu dövrdə əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş 54 nəfər öz əvvəlki işinə bərpa edilib, ödənişi işəgötürənlər tərəfindən gecikdirilmiş 305 880 manat məbləğində sosial ödənişlərin, o cümlədən 256 007 manat əmək haqqının, 27 722 manat zərər əvəzi ödənişin, 22 151 manat isə digər sosial müavinətlərin vətəndaşlara ödətdirilməsi təmin edilib. İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması məqsədilə görülmüş işlər artıq öz bəhrəsini verir.
Belə ki, cari ilin 8 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövri ilə müqayisədə 179-dan 136-ya, bu hadisələr zamanı dünyasını dəyişənlərin sayı 68-dən 49-a, xəsarət alanların sayı isə 136-dan 107-yə enib.

Nigar Məmmədli