DTX-nin tutduğu rəis həbsdən buraxıldı - Yenilənib

dtx-nin-tutdugu-reis-hebsden-buraxildi
Oxunma sayı: 7589

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev yenidən məhkəməyə müraciət ediblər.

“Qafqazinfo”nun məlumatına görə, sabiq XİN əməkdaşları həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyirlər. Onların şikayətinə bu gün Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İlqar Əliyev və Nurupaşa Abdullayev DTX tərəfindən saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

***

Report-un məlumatına görə, iclasda qərar qəbul edilərək vəsatət təmin edilib. Beləliklə, N.Abdullayev barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Həmçinin Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev də ev dustaqlığına buraxılıb.