Daxili İşlər Nazirliyi Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, avqustun 31-də saat 4 radələrində Şirvan şəhər sakini Anar Qanbayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Sonradan idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarında dayanmış şəhər sakini İ.Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.
Nəticədə sürücü və sərnişini olan qardaşı Fəzayıl hadisə yerində ölüblər.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər