Dünya məşhurları Bakıya “Məhəbbət əfsanəsi”ni izləməyə gəlir

dunya-meshurlari-bakiya-mehebbet-efsanesini-izlemeye-gelir
Oxunma sayı: 2463

Dünya məşhurları Bakıya “Məhəbbət əfsanəsi”ni izləməyə gəlir.

“Qafqazinfo” xəbər verir ki, İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, “royalların Ferrarisi” adını almış, dünyacaməşhur FAZIOLI royallarını istehsal edən fabrikin yaradıcısı, “müasir Stradivari” Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Tsiskaridze sentyabrın 18-də “Məhəbbət əfsanəsi”nin möhtəşəm təqdimatını  izləmək üçün Bakıya gəlir.

Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında təqdim olunacaq.