Dünyada hər gün 10 min uşaq ana və ya atasını itirir

dunyada-her-gun-10-min-usaq-ana-ve-ya-atasini-itirir
Oxunma sayı: 948

Dünyada hər gün 10 minə yaxın uşaq kimsəsiz və ya yetim qalır. Üstəlik, bu uşaqların çoxu aclıqla mübarizə aparır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünya üzrə ümumilikdə 690 milyon insan aclıq çəkir. Hər il 931 milyon ton qida isə israf olunur.

Təbii fəlakət, pandemiya, münaqişə, müharibə və köç böhranları səbəbindən dünyada hər gün təxminən 10 min uşaq ana və ya atasını itirir.

UNICEF-in də aralarında olduğu çox sayda beynəlxalq qurumun hazırladığı hesabatlara görə, dünyada qeydiyyata alınan yetim və kimsəsiz sayı 140 milyonu ötüb.

Dünyanın müxtəlif bölgələrində doğumu qeydiyyata alınmamış, ya da valideyni öləndə bir qohumunun sahib çıxdığı üçün yetim olaraq qeyd olunmamış çox sayda uşaq var.

Son 10 ildə yaşanan münaqişələrdə 2 milyondan çox uşaq həyatını itirib. Bunların çoxu yetim və kimsəsiz uşaqlar olub. Bu uşaqlar həm də aclıqla mübarizə aparırlar.