Dünyada koronavirusla bağlı son vəziyyət

dunyada-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1253

Dünyada son bir gündə koronavirusa 352 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 352 685 hal qeydə alınıb, COVID-19-dan 8 055 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 170 426 245, ölüm hallarının sayı 3 548 628 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 929 178 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (28 175 044) və Braziliya (16 515 120) gəlir.