“Dünyanın ən gözəl qadını” seçildi - Foto

dunyanin-en-gozel-qadini-secildi
Oxunma sayı: 879

“Oskar” mükafatı laureatı Enn Heteuey nüfuzlu “People” jurnalı tərəfindən “Dünyanın ən gözəl qadını” seçilib.

“Qafqazinfo” xəbər verir ki, jurnalın 2026-cı il may sayının üz qabığında yer alan aktrisanın seçilməsi əyləncə və kino sənayesində böyük marağa səbəb olub.

Qərarın yalnız xarici görünüşə görə deyil, həm də onun uzun illər ərzində qazandığı karyera uğurları və şəxsi inkişafı nəzərə alınaraq verildiyi bildirilir.

Müsahibə zamanı Enn Heteuey kosmetik cərrahiyyə ilə bağlı iddialara da münasibət bildirib.

O qeyd edib ki, gözəllik anlayışı daha dərin məna daşıyır: “Gözəllik həqiqəti özündə daşıdığı müddətcə çirkinliyi də ehtiva edə bilər. Mənim üçün gözəllik həmişə bu xətt üzərindədir”.

Qeyd edək ki, 2026-cı il aktrisa üçün həm də yeni layihələrlə zəngin olacaq. O, il ərzində ümumilikdə beş ekran işində rol alacaq. Onların arasında uzun müddətdir gözlənilən “Şeytan “Prada” geyinir 2” filmi də yer alır.