“Dünyanın ən gözəl qızı” seçilmişdi - Yeni halı gündəm oldu - Fotolar

dunyanin-en-gozel-qizi-secilmisdi
Oxunma sayı: 2989

Altı yaşında olarkən “dünyanın ən gözəl qızı” seçilən və bu adla dünya miqyasında tanınan model Tileyn Blondeu hazırkı görünüşü ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, görünüşü ilə bağlı səsləndirilən kosmetik əməliyyat iddialarına sərt reaksiya verib.

Hazırda 24 yaşı olan Blondeau bildirib ki, illərdir davam edən bu cür şərhlərdən yorulub. Onun sözlərinə görə, 10 yaşından bəri üzündə dəyişiklik edildiyi ilə bağlı şayiələrlə qarşılaşır.

“Bu iddialardan bezmişəm. Uşaqlıq şəkillərimə baxa bilərsiniz, heç nə dəyişməyib. İnsanlar illərdir üzümə nəsə etdirdiyimi deyir. Buna son qoymağın vaxtıdır”, – deyə model vurğulayıb.

Altı yaşında “Vogue Enfants” jurnalının üz qabığında yer alan Blondeu sonradan moda dünyasında uğurlu karyera quraraq podiumların ən diqqətçəkən simalarından birinə çevrilib. O, son vaxtlar Paris Moda Həftəsindəki görüntüləri ilə də gündəmə gəlib.