Dünyanın “qara qutu”su hazırlanır - Hər şeyi qeyd edəcək

Dünyanın “qara qutu”su hazırlanır
Oxunma sayı: 2024

Avstraliyada tikiləcək dünyanın "qara qutu"su adlandırılan tikilinin iqlim və iqlim böhranı ilə bağlı hər şeyi qeyd edəcəyi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, Avstraliyanın Tasmaniya əyalətində tikilməsi planlaşdırılan qalın polad divarlar, enerji anbarı və günəş panelləri ilə dünyanın “qara qutu"su adlandırılan quruluş, avtobus böyüklüyündə olacaq.

Gələcək nəsillərin bəşəriyyətin iqlim böhranına necə səbəb olduğunu və bununla necə mübarizə apardığını görə bilməsi üçün hazırlanacaq “qara qutu” iqlimlə bağlı araşdırma, xəbərlər və sosial media yazılarını arxivləyəcək.

“Qara qutu” keçmiş, indiki və gələcəkdəki iqlimlə bağlı bütün danışıqları, o cümlədən quruda və dənizdə temperaturun dəyişməsi, okeanların turşulaşması, atmosferdəki istixana qazlarının miqdarı, insan əhalisi, enerji istehlakı, hərbi xərclər və s. siyasi dəyişikliyi qeyd edəcək.

İnşası gələn başa çatdırılacağı deyilən “qara qutu”nun yaddaşı noyabr ayında Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Sammitindən bu vaxta qədərki məlumatları qeyd etdiyi bildirilir.

“Qara qutu”nun yaxın 30-50 il üçün kifayət qədər məlumat saxlama qabiliyyətinə malik olduğu bildirilir.

Tərtibatçıların qutunun saxlama qabiliyyətini daha da artırmağa çalışdıqları açıqlanıb.