“Düşmənin bu hərəkətləri Ukrayna ordusunda ağır itkilərə səbəb olur”

dusmenin-bu-hereketleri-ukrayna-ordusunda-agir-itkilere-sebeb-olur
Oxunma sayı: 2238

“Ötən ay 37 Ukrayna təyyarəsini vurduq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O, keçən ay vurulan təyyarə sayının Ukraynaya təhvil verilməsinə zəmanət verilən F-16 təyyarələrinin sayından təxminən iki dəfə çox olduğunu bildirib:

“Ötən ay 37 təyyarə və 6 ABŞ istehsalı olan ATACMS əməliyyat-taktiki raketləri də daxil olmaqla, düşmənin 1400-dən çox hava hədəfi məhv edilib”.

Şoyqu, həmçinin Ukrayna ordusunun Zaporojye, Donetsk və Xerson istiqamətlərində rusiyalı əsgərlərə qarşı uğursuz hücum cəhdləri etdiyini qeyd edib:

“Düşmənin bu ümidsiz hərəkətləri Ukrayna ordusunun şəxsi heyətində ağır itkilərə səbəb olur” .