“Əcəl” bu dəfə USAID-nin Bakı ofisinin qapısında - Foto

ecel-bu-defe-usaid-nin-baki-ofisinin-qapisinda
Oxunma sayı: 7671

Azərbaycanın Qeyri-Hökumət Təşkilatları (QHT) dünyaca məşhur biznesmen İlon Maska maraqlı çağırış edib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli biznesmənə satirik eyham vuran foto hazırlayıb.

Fotoda “əcəl” qiyafəsində görünən İlon Maskın bu dəfə USAID-nin ölkəmizdəki fəaliyyətinə də “əl gəzdirməy”inin vacibliyi yumoristik tərzdə vurğulanıb.

Qeyd edək ki, Maskın ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) haqqında paylaşımının ardınca Birləşmiş Ştatların Prezidenti Donald Tramp qurumun fəaliyyətini bloklayıb.

Belə ki, Tramp administrasiyası açıqlayıb ki, agentlik onilliklər ərzində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) və LGBTQ proqramları üçün böyük məbləğdə pul israf edib:

“Tullantılar” və “sui-istifadə” siyahısında Kolumbiyada “transgender operası” üçün 47,000 dollar” və Peruda “transgender komiks” üçün 32,000 dollar daxildir.

Qvatemalada cinsiyyətin dəyişdirilməsi və “LGBT fəallığı” üçün 2 milyon dollar ayrılıb”.