Əfqanıstanda dini məktəbdə partlayış - 15 ölü, 27 yaralı

efqanistanda-dini-mektebde-partlayis
Oxunma sayı: 680

Əfqanıstanın şimalında yerləşən Samanqan vilayətində dini məktəbdə partlayış baş verib.

“Qafqazinfo” “Tolo News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər həlak olub, daha 27 nəfər isə yaralanıb. 

Məlumata görə, partlayış günorta namazı vaxtı baş verib.