Əfsanəvi futbolçunun evi qarət olundu

efsanevi-futbolcunun-evi-qaret-olundu
Oxunma sayı: 1867

Əfsanəvi italiyalı futbolçu Roberto Bacconun evi qarət olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə onun Viçensa əyalətindəki evində baş verib. 

Bacconun evinə silahlı naməlum şəxslərdən ibarət dəstə girib. O, quldurlardan biri ilə əlbəyaxa olub.

Ancaq əfsanəvi futbolçunun başına tapançanın qundağı ilə zərbə endirilib. 

Bundan sonra oğrular Bacco və ailə üzvlərini evin bir otağına salaraq qapını bağlayıblar. Soyğunçular evdən qızıl-zinət əşyaları, pul götürüblər.

Xatırladaq ki, İtaliya millisində çıxış etmiş Roberto Bacco 1993-cü ildə “Qızıl top”u qazanıb.