Əkrəm Əylislidən prezidentin sərəncamına - Reaksiya

ekrem-eylisliden-prezidentin-serencamina-reaksiya
Oxunma sayı: 682

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla prezident təqaüdündən və “xalq yazıçısı” fəxri adından məhrum edilən Əkrəm Əylisli belə bir sərəncamın veriləcəyinə inanmadığı deyib.

Yazıçı “Qafqazinfo”ya açıqlamasında belə bir sərəncamın veriləcəyinə inanmadığını və ona qarşı bu cür addımın atılacağını gözləmədiyini bildirib: “Heç yatsam yuxuma da girməzdi ki, prezident belə bir sərəncam imzalayacaq və mənim fəxri adımdan məhrum edəcəklər”.