“Yazıçıdan vətənpərvərlik tələb etmək düzgün deyil. Ceyhunun şəxsindən vətənpərvərlik tələb etmək olar, amma onun əsərlərindən bunu istəmək düzgün deyil. Əkrəm Əylislinin ermənilərlə bağlı yazdığı əsər ölkədə skandal yaratdı. Hamı onun üzərinə düşdü və düşməli idilər. Əkrəm Əylislinin üzərinə ona görə getmədik ki, o vətənpərvər deyil. Onu qeyri-vətənpərvər olmaqda ittiham etmirəm, mən Əkrəm Əylislini qeyri-peşəkar yazmaqda ittiham edirəm. Yalan yazıb. Çünki ermənilər həmişə bizə zülm ediblər və indi də buna çalışırlar. Ermənilər xalq olaraq keyfiyyətcə Azərbaycan xalqından aşağıdır, milli sənəti, mədəniyyəti, musiqisi yoxdur. Dövləti bizim dövlətdən zəifdir, ordusu cılızdır, pulu yoxdur, işğalçıdır. Bunu hamı bilir. Əgər Əylisli bunu bilərək yazırsa, o vətənpərvər deyil, qeyri-peşəkardır. Yazıçı şəxsində vətənini sevməlidir.
Hər yazıçı ancaq vətənpərvərlik mövzusunda yaza bilməz, onun kitabı satılmaz. Yazıçının yaşayışı kitabdan təmin olunur. Bu oxucunu da yorar. Yazıçı fövqəl insandır. Onu göydən yerə endirib vətənpərvər etmək olmaz. Yazıçı hər şeydən yaza bilər – Allahı yoxa çıxara bilər, peyğəmbəri adi adama çevirə bilər. Vətən sevgisini daim əsərlərində göstərməyə çalışan yazıçılarımız da az deyil. Düşünürəm ki, vətənini sevməyən insan yoxdur. Biz vətənimizi doğulduqdan sonra instinkt olaraq sevirik. Mən burada doğulmuşam, qanım bura bağlıdır, bu torpağın enerjisindən yaranmışam, bu torpaqda bitən meyvələri yeyərək valideynim məni dünyaya gətirib. Həmin meyvələrin, qidaların yaratdığı enerji şüuraltına keçib.
Vətən sevgisinin tibbi və bioloji izahı var. Mənim ağzım nədir vətənpərvər olmayım! İnstinkt olaraq vətənimi sevirəm. Bəzən vətəninin əleyhinə gedib özünü göstərməyə çalışan yazıçılar var. Vətənin əleyhinə gedirlər ki, onu çox oxusunlar. Sən istəsən də bu vətənə qarşı gələ bilməzsən, çünki şüuraltı olaraq bu torpağa bağlısan. Müəyyən şeylərin əleyhinə getmək olar, amma bütünlüklə bu torpağın suyunun, çayının dağının, insanının əleyhinə gedə bilməzsən, qardaşım. Yazıçı çalışmalıdır ki, əsərlərində vətəninə xələl gətirəcək fikirlərdən az işlətsin”.
Son xəbərlər
Son Xəbərlər