Kürdəmirdə keçmiş əri tərəfindən yandırılan 24 yaşlı qadın Bakıya gətirilib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya bildirib ki, hazırda qadının vəziyyəti ağırdır:
“Bədəninin 70%-i yanıb və 3-cü, 4-cü dərəcəli yanıq diaqnozu ilə 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsinə köçürülüb. Vəziyyəti ağır qiymətləndirilir”.
Eyni zamanda bildirilir ki, xəstənin təcili qana ehtiyacı var. İstənilən qan qruplu şəxs yaxınlaşıb qan verə bilər, xəstəxanada ona uyğun gələn qanla dəyişdiriləcək.
Xatırladaq ki, qadın iyunun 9-da Kürdəmir rayonunda keçmiş əri tərəfindən yandırılıb. Kişi rayonun Muğanlı kəndində həyat yoldaşının işlədiyi sahəyə gedərək orada qadını münaqişə zəminində yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən keçmiş ər saxlanılıb. İstintaq getdiyi üçün tərəflərin kimliyi hələ ki, açıqlanmır.
Son xəbərlər
Son Xəbərlər