Elçibəyin xanımının cənazəsi Naxçıvana yola salındı - Prezident xüsusi təyyarə ayırdı

elcibeyin-xaniminin-cenazesi-naxcivana-yola-salindi
Oxunma sayı: 3925

Əbülfəz Elçibəyin dünən Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

"Qafqazinfo" xəbər verir ki, cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

Oğlu Ərturqut Əliyevin sözlərinə görə, anası doğma kəndi Kələkidə dəfn olunmağı vəsiyyət edib.

***

"Yeni-Müsavat"ın məlumatına görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.