Əli Əsədov Gürcüstanda Paşinyanla görüşüb - Video

eli-esedov-gurcustanda-pasinyanla-gorusub
Oxunma sayı: 7119

Gürcüstanda Azərbaycan və Ermənistanın Baş nazirləri Əli Əsədovla Nikol Paşinyan arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “İmedi” telekanalı yayıb. 

Görüşdə, həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edib.

Bir neçə saat davam edən görüşün Tbilisi yaxınlığında Muxranidə baş tutduğu bildirilir. 

Digər detallar açıqlanmayıb.

***

Gürcüstan hökumətinin Mətbuat xidməti sözügedən görüşün keçirildiyini təsdiq edib. Bununla belə, əlavə məlumat verilməyib.