Müğənni Əli Faiq Mirzəyev “Səs Azərbaycan” yarışmasında “qarşıdurmalar” mərhələsində Nofəl Aslanovla səhnəyə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, münsif kürsüsündə əyləşən Xalq artisti Zülfiyyə Xanbabayevanın komandasında olan ifaçılar “İllərə yalvardım” mahnısını oxuyublar.
Sonda Z. Xanbabayeva Əli Faiq Mirzəyev ilə yarışmaya davam edəcəyini açıqlayıb.
Əli Faiqin rəqibi Nofəl Aslanovu isə münsif Murad Arif seçib. Nəticədə o da mərhələ keçməyi bacarıb.
Qeyd edək ki, Əli Faiq yarışmada Xalq artisti Tünzalə Ağayevanın “Pərvanə” mahnısını oxuyaraq diqqət çəkmişdi.